"Ermənistan Xocalı faciəsinin bədəlini ödəyir" - ƏRDOĞAN
    • 26-09-2023, 14:48
    • 313

"Ermənistan Xocalı faciəsinin bədəlini ödəyir" - ƏRDOĞAN

Biz də ən az Xocalıdakı o uşaq qədər  ağrılı proses keçirdik. Xocalı faciəsinin açdığı sağalmayan yaralar var. Təbii ki, Xocalı soyqırımı o qətliamı yaşayanlar üçün də, bizim üçün də unudulmur. Ermənistan hazırda Xocalı qətliamının bədəlini ödəyir və ödəyəcək. Çünki Xocalıdan və başqa şəhərlərdən 1 milyon azərbaycanlı məcburi şəkildə köçdü. Hara? Azərbaycana. İndi illər sonra Azərbaycan bu qətliamın bədəlini ödətdi. Və torpaqlarını geri aldı. Bildiyiniz kimi, Amerika, Rusiya, Fransa və Minsk üçlüyü adlanan bu ölkələr illərdir Azərbaycanın bu hüququnu tanımırdı. Nəhayət, Azərbaycan öz göbəyini özü kəsdi, işi bitirdi. İndi Xocalıda kimlər var? Xocalının əsl sahibləri…”.

News24.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib. 

Ərdoğan bildirib ki, Azərbaycan ordusu Xocalıya xaos, qan və ölüm deyil, sülh və əmin-amanlıq gətirmək üçün daxil olub.

“Azərbaycan ora illər  əvvəl erməni quldur dəstələrinin daxil olduğu kimi girmədi. İnsanları qırmağa girmədi. O, haqq etdiyi sülh və əmin-amanlığı təmin etmək üçün Xocalıya daxil oldu. Arxasında qələbələrin müjdəsi ilə öz torpağına girdi. İndi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır”,- ölkə başçısı deyib.

Türkiyə lideri Ermənistanın əsas vəzifəsinin sülhü bərqərar etmək olduğunu vurğulayıb.

Ayşən