Metroda nə baş verir - Əsas səbəb bu imiş..
    • 28-10-2024, 09:46
    • 827

Metroda nə baş verir - Əsas səbəb bu imiş..

Xəbər verdiyimiz kimi səhər saatlarında metronun 28 may stansiyasında yubanma olub. Metroda yaşanan problemin hələ də davam etdiyi, qatarların gec və yavaş hərəkət etdiyi bildirilir.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov aşağıdakı açıqlamanı verib:

"İki əsas səbəb olur. İnterval pozulanda, depodan çıxan qatar "Nərimanov"dan "Dərnəgül"ə və geri qayıdana qədər tənzimləmə aparılır. Həmin qatar xəttə daxil olanda, hənin sahədə interval normal olur. Bu səbəbdən arxadan gələn qatarın toqquşmaması üçün sistem onu yubadır. Bir qatar hər hansısa sahəni tərk edəndən sonra, sahədən asılı olaraq, 1 və ya 2 dəqiqə arxadakı qatar ora daxil ola bilmir. Sistem imkan vermir (təxminən svetoforun qırmızı işığı kimi). İkinci səbəb artıq 1 qatar xətdən çıxdısa, sıxlıq artır və ənənəvi stansiyalarda 20-30 saniyə əlavə dayanırsa, digərlərində də üzərinə, 10-15 saniyə əlavə olunur. Beləcə, interval problemi olmasa da, qrafikdə yubanma yaranır. Nəticədə, 20 dəqiqəlik yolu bəzən 30 dəqiqədən də çox vaxta qət edirsiniz. Yağış və yerüstü sahədən əlavə təsirlərin olub-olmamasını yalnız monitorinqdən sonra deyə bilərəm. Əsas səbəb, istənilən halda, metroda yaranmış problemdir".