-
- 28-10-2024, 10:00
- 326
ABŞ-da FACİƏ: senator boş hovuza düşərək ÖLDÜ
Kentukki ştatının senatoru Conni Törner boş hovuza yıxılaraq ölüb.
News24.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Telekanalın məlumatına görə, hadisə Turner öz mülkündə ot biçən zaman baş verib. Senator qazonbiçən maşınla birlikdə boş hovuza düşüb və xəsarət alıb. Xəstəxanada həkimlər bir ay ərzində mübarizə aparsalar da, 76 yaşlı kişinin həyatını xilas edə bilməyiblər.
Turner Şərqi Kentukki sakinlərinin əsas gəlir mənbələri olan kömür sənayesi və at sənayesinin müdafiəçisi kimi tanınır. Ştat Senatının Respublikaçı Lideri MitÇ McConnell onu dağları və Kentukki əhalisini sevən yaxşı bir insan kimi təsvir edib. Senatorun sözlərinə görə, Turner daşqınların zərərini qiymətləndirmək üçün ştata gələndə, palçığın içində ayaq biləyinə qədər dayanaraq zərərçəkənlərə kömək edib.//publika.az