-
- 17-03-2019, 14:55
- 782
Əlcəzairdə etirazlar davam edir
İnsanlar hiyləgər Buteflikanın islahat oyununa aldanmadılar və onun istefasını tələb edirlər.
News24.Az xəbər verir ki, tanınmış jurnalist Şahin Cəfərli facəbook səhifəsində status qoyaraq Əlcəzairdəki etirazları şərh edib: "Tələbələrdən biri vəziyyəti yaxşı izah edib, deyib ki, biz Buteflikasız seçki tələb edərkən seçkisiz Buteflika variantı ilə üzləşdik. Artıq iqtidar partiyası da yaşlı və xəstə prezidentdən üz döndərib və onu tarix adlandırıb.
Əlcəzair əhalisinin yarısından çoxu 30 yaşa qədər olan gənclərdir və onlar hesab edir ki, ölkənin müstəqilliyi uğrunda mübarizə aparmış nəslin hakimiyyətdən çəkilmə vaxtı çatıb. Gənclər əsasən texnokratlardan ibarət islahatçı hökumətin qurulmasını tələb edir".