Əfqanıstanın Hindistandakı səfirliyi bağlanır
    • 29-09-2023, 20:31
    • 168

Əfqanıstanın Hindistandakı səfirliyi bağlanır

Hindistanın Xarici İşlər Nazirliyi Əfqanıstan səfirliyinin şənbə gününə qədər Hindistanın paytaxtındakı fəaliyyətini dayandırmaq planlarından bəhs edən məktubu araşdırır.

News24.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi məlumat verib.

Xatırladaq ki, Hindistan 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hökumətini tanımır. ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ərəfəsində Hindistan öz əməkdaşlarını Kabildən təxliyə edib və artıq orada diplomatik missiyası yoxdur.