“Taliban” nümayəndələri Moskvada pasportlarını İTİRDİ
    • 30-09-2023, 11:35
    • 168

“Taliban” nümayəndələri Moskvada pasportlarını İTİRDİ

“Taliban” hərəkatının Rusiyaya gəlmiş nümayəndə heyəti Moskvadakı “Perekrestok” supermarketində pasportlarını itirib.

News24.az xəbər verir ki, bu barədə  “112” teleqram kanalı xəbər verir. Nümayəndə heyəti üzvlərindən biri mağazanın kassası qarşısında içində sənədlər olan pulqabını unudub.

Əfqanıstandan gələn qonaqlar “Bolşaya Yakimanka” küçəsində yerləşən “Prezident” otelində qalıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları onların pasportlarını axtarır.//Azpostinfo