"Yardım"adı ilə 2 milyon mənimsəyən Tənzilənin məhkəməsi BAŞLADI
    • 2-10-2023, 11:48
    • 236

"Yardım"adı ilə 2 milyon mənimsəyən Tənzilənin məhkəməsi BAŞLADI

"Yardım"adı ilə 2 milyon mənimsəməkdə təqsirləndirilən qadının məhkəməsi başladı Bakı Ağır Cinayətlərə Məhkəməsindən "Yardımlaşma kampaniyası” adı ilə vətəndaşların külli miqdarda pulunu məniməsəməkdə ittiham olunan Tənzilə Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

News24.az-ın məlumatına görə, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmə baxışı oktyabrın 11-nə təyin edilib. Qeyd edək ki, Tənzilə Kərimovanın işi üzrə 81 nəfər zərərçəkən var. O, ümumilikdə 2 milyon manat mənimsədiyi iddia edilir. Təqsirləndirilən Tənzilə Kərimova Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. 

Samir Əli