Saakaşvili Vardanyanın həbsindən DANIŞDI
    • 3-10-2023, 10:46
    • 348

Saakaşvili Vardanyanın həbsindən DANIŞDI

“Ətrafımızda şərlə xeyirin qarşıdurması var. Azərbaycan Rusiyanın Ukraynadakı təcavüzünü fəal şəkildə dəstəkləyən rusiyalı milyarder Ruben Vardanyanı, eləcə də “abxaziya respublikası” və “cənubi osetiya respublikası” və s. kimi qondarma qurumlarla əlaqələri inkişaf etdirən “artsax”ın “xarici işlər naziri” David Babayanı həbs edib. Bu gün adı çəkilən işğal olunmuş ərazilər öz tərəfdaşlarını itirib – axı “artsax” deyilən ərazi ləğv edilib”.

News24.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Feysbuk səhifəsində qeyd edib.

“Bu arada, Ukraynalılar artıq 58-ci ordu komandanını, generalını (bu, 2008-ci ildə ərazimizi işğal edən 58-ci ordudur) öldürüb, ikinci komandirini ağır yaralayıb, həmçinin Donbassda “cənubi osetiya” batalyonunu və onlarla əsgəri məhv etdilər. Bir sözlə, bizdən başqa hamı bizim işimizi görür. Geopolitik qatarda biletsiz səyahətimizə davam edəcəyimizi və hansısa kəskin döngədə bu qatardan düşməyəcəyimizi düşünməyimiz yalandır.

İndi bizim unikal imkanlarımız var və onları əldən versək, gələcək nəsillər bizi bağışlamayacaq. Ukraynadakı böyük müharibənin tarixlərini dəqiq proqnozlaşdıra bilmədim, amma hansısa qüvvə məni Gürcüstana gətirdi, 50 günlük aclıq aksiyası zamanı və xüsusən də zəhərlənmə zamanı həmin qüvvə məni xilas etdi. Bu məni inandırır ki, bu ən çətin zamanda Gürcüstanda olmağımın konkret məqsədi var və bu məqsəd sona çatdırılmalıdır. Bu missiya Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək və Avropaya daxil olmaqdır”, - Saakaşvili vurğulayıb.

Akqabay