"Lazım gəlsə, tək qalacağıq"
    • 9-05-2024, 23:30
    • 122

"Lazım gəlsə, tək qalacağıq"

ABŞ-ın İsrailə güclü partlayıcı bomba və artilleriya mərmiləri göndərməsini dayandırması və ABŞ prezidenti Co Baydenin İsrailin Rəfaha hərtərəfli qurudan hücum edəcəyi təqdirdə silah nəqlini dayandıracaqları barədə açıqlaması müzakirə olunarkən Netanyahu sosial media hesabından paylaşım edib.

News24.az xəbər verir ki, məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyən İsrail baş naziri mayın 5-də ölkəsində baş verən Yəhudi Soyqırımını (Holokost) anma günü ilə bağlı çıxışını sosial şəbəkədə yenidən paylaşıb.

Netanyahu paylaşımında "Dəhşətli Holokost zamanı dünyanın böyük liderləri kənarda dayanıblar. Holokostun ilk dərsi odur ki, biz özümüzü qorumasaq, bizi heç kim qorumayacaq. Əgər tək qalmaq məcburiyyətindəyiksə, bunu edəcəyik".

Günel Məlikzadə