ABŞ Gürcüstanda çevriliş hazırlayır?
    • 3-10-2023, 12:56
    • 171

ABŞ Gürcüstanda çevriliş hazırlayır?

ABŞ-ın Tbilisidəki səfirliyi Gürcüstan kəşfiyyatının ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) kütləvi iğtişaşların təşkilinə yönəlmiş bəzi təlimləri maliyyələşdirməsi barədə bəyanatını yanlış adlandırıb.

News24.az TASS-a istinadla xəbər verir ki, Gürcüstan rəhbərliyi kəşfiyyat xidmətlərinin təhqiqatı ilə bağlı USAID-dən açıqlama tələb edib.

“Bu gün dəstəklədiyimiz layihələrdən birinə qarşı irəli sürülən ittihamlar yanlışdır və Gürcüstana yardımımızın məqsədlərini təhrif edir. USAID 1992-ci ildən Gürcüstan xalqına dəstək verir. Həmişə olduğu kimi, bu yardım şəffafdır”, - səfirliyin bəyanatında deyilir.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti bəyan edib ki, üç Serbiya vətəndaşı USAID-in dəvəti və maliyyəsi ilə sentyabrın 25-də ölkəyə gələrək, qeyri-hökumət təşkilatları və vətəndaş fəallarının iştirakı ilə kurslar keçirib, ölkədə hökumətin zorakılıqla devrilməsində iştirak etməli olduqları iddia edilib.

Qeyd edək ki, “Kanvas” təşkilatını təmsil edən Serbiya vətəndaşları Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətində dindirilib və artıq ölkəni tərk ediblər.

Akqabay