Rusiyadan ratifikasiyaya münasibət:
    • 3-10-2023, 15:58
    • 236

Rusiyadan ratifikasiyaya münasibət: "Alçaldıcıdır"

"BCM-nin Roma Nizamnaməsini ratifikasiya etmiş hər bir ölkə kimi Ermənistan da hüquqi suverenliyini itirir, bu, alçaldıcıdır".

News24.az xəbər verir ki,  bu barədə Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov "Telegram" kanalında bildirib.

“Hər hansı bir dövlət üçün BCM-nin Roma Statutunun ratifikasiyası hüquqi suverenliyin itirilməsindən başqa bir şey demək deyil ki, bu da özlüyündə alçaldıcıdır. Məhz bu səbəbdən həqiqətən suveren dövlətlər, o cümlədən Rusiya, ABŞ, Hindistan, Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail, İran və başqaları BCM-ə qoşulmur”, - Kosaçov yazıb. 

O qeyd edib ki, bu ratifikasiya “Rusiyaya qarşı açıq-aşkar qeyri-dost addımdır”.

Kosaçov vurğulayıb ki, Ermənistan parlamentində “bu ölkənin davam edən “Haaqa Femidası” tərəfindən hüquqi əsarət altına alınması prosesini dayandıra biləcək qüvvələr yox idi.

Ayşən