Ankaradakı terroru törədən şəxsin kimliyi BİLİNDİ - VİDEO
    • 4-10-2023, 09:36
    • 232

Ankaradakı terroru törədən şəxsin kimliyi BİLİNDİ - VİDEO

Türkiyə Daxili İşlər Nazirliyi Ankarada DİN-in binası yaxınlığında terror aktı törədən terrorçunun kimliyini müəyyən edib.

News24.az TASS-a istinadla xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda deyilir.

“DNT testi nəticəsində ikinci terrorçunun separatçı PKK təşkilatının üzvü - Özkan Şahin olduğu müəyyən edilib”, - məlumatda bildirilib.

Daha əvvəl terror aktını törədən digər şəxsin PKK üzvü Həsən Oğuz olduğu məlum olub.