"Ermənistan üçün hər şey Qərbi Azərbaycan və ya “İrəvan xanlığı” ilə bitə bilər..." - Rusiyalı POLİTOLOQ
    • 4-10-2023, 10:27
    • 334

"Ermənistan üçün hər şey Qərbi Azərbaycan və ya “İrəvan xanlığı” ilə bitə bilər..." - Rusiyalı POLİTOLOQ

Məşhur rusiyalı jurnalist və siyasətçi Maksim Şevçenko Ermənistan parlamentinin Beynəlxalq Ədalət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya etmək qərarına münasibət bildirib. 

News24.az xəbər verir ki, o, bu qərarın Ermənistan üçün mümkün mənfi nəticələrini proqnozlaşdıraraq dünya münasibətlərində və qanunun aliliyində baş verən köklü dəyişikliklərə öz əminliyini ifadə edib.

“Baş verənlər dünya münasibətləri sisteminin tamamilə dağılmasıdır, bəzi ölkələrin parlamentlərinin qərarları geri dönməz ola bilər”, - Şevçenko bildirib. 

Onun sözlərinə görə, Haaqa Məhkəməsinin qərarları Ermənistan ərazisində qüvvədə olacaq. O, Ermənistanın qlobal münaqişəyə cəlb oluna biləcəyindən ehtiyat etdiyini bildirib.

Şevçenko vurğulayıb ki, Azərbaycanla münaqişə artıq Ermənistanın suveren dövlət kimi mövcudluğunu sual altına qoyub və İrəvan üçün hər şey “Qərbi Azərbaycan” və ya “İrəvan xanlığı” adının dəyişdirilməsi ilə bitə bilər.

“Qəbul edilmiş qərar hansısa beynəlxalq hüquq sənədinin qəbulu deyil, bu, Aİ-nin mütləq vassal andıdır”, - o vurğulayıb.

Şevçenko həmçinin Aİ-nin beynəlxalq arenada maraqlarını qorumaq üçün kiçik müttəfiqlər axtardığını bildirib və Ermənistana mümkün risklər barədə xəbərdarlıq edib: “Aİ indi Qafqaza girir... Bəs doğrudanmı Türkiyə və Rusiyanın buna dözəcəyini düşünürlər? Siz ermənilər bu cür yanaşmalarla Azərbaycanın və ya Osmanlının bir hissəsi olmaq məcburiyyətində qala bilərsiniz”.

O, həmçinin qeyd edib ki, Ermənistan beynəlxalq aləmdə “sövdələşmə obyektinə” çevrilmək təhlükəsi ilə üz-üzədir.

Akqabay