"Rusiya sülhməramlılarının Qarabağda olmasından narahatıq" - ABŞ
    • 4-10-2023, 10:57
    • 212

"Rusiya sülhməramlılarının Qarabağda olmasından narahatıq" - ABŞ

“Amerika Birləşmiş Ştatları ləyaqətli və davamlı sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan rəhbərliyi ilə ən yüksək səviyyədə əlaqələri davam etdirəcək”.

News24.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel deyib.

O, Qarabağda uzunmüddətli müstəqil beynəlxalq müşahidəçi missiyasının yaradılmasına çağırışını təkrarlayıb.

Rusiya sülhməramlılarının Qarabağda olmasını şərh edən Patel qeyd edib ki, o, bu mövzu ilə bağlı “spekulyativ fikir yürütmək istəmir”: 

“Əlbəttə, belə bir mövcudluq hələ də narahatlıq doğurur. Lakin Birləşmiş Ştatlar bu məsələdə Azərbaycan və Ermənistan rəhbərliyi ilə əlaqə saxlamağa davam edəcək və layiqli və davamlı sülhü dəstəkləməyə davam etmək üçün əlimizdən gələni edəcəyəik”.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar BMT nümayəndəsinin missiyanın Qarabağa səfərindən sonra bölgədəki vəziyyətlə bağlı bəyanatlarını yüksək qiymətləndirir.

Akqabay