ABŞ elan etdi: Bakı ilə İrəvan arasında...
    • 22-06-2023, 10:52
    • 200

ABŞ elan etdi: Bakı ilə İrəvan arasında...

ABŞ Cənubi Qafqazda dinc gələcək üçün Vaşinqtonda növbəti (Azərbaycan- Ermənistan) danışıqlar raunduna ev sahibliyi etməyi səbirsizliklə gözləyir. 

News24.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibliyinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə bildirib.  

“Biz birbaşa dialoqun problemlərin həlli və davamlı və ləyaqətli sülhə nail olmaq üçün açar olduğuna inanmağa davam edirik”, - Patel qeyd edib.

Patel vurğulayıb ki, Amerika tərəfinin fikrincə, Azərbaycanla Ermənistan arasında danışıqların getdiyi indiki məqamda gərginliyi təhrik edən  və artıran addımlar, səmərəsizdir.

Patel Rusiyanın ABŞ-ın Azərbaycan-Ermənistan danışıqlarında vasitəçilik rolunu tənqidi qiymətləndirməsinə toxunaraq bunları deyib: “Əgər Rusiya bu məsələdə konstruktiv rol oynaya biləcəyini düşünürsə, əlbəttə ki, alqışlanır, lakin biz bu danışıqların irəlilədiyini, davam etdiyini hiss etməkdə davam edirik. ABŞ bu məsələdə mühüm tərəfdaş olub. Dövlət katibi bu məsələ ilə şəxsən məşğul olub”. 

O, dövlət katibi Entoni Blinkenin iştirakı ilə keçirilən bütün yüksək səviyyəli görüşləri xatırladıb və əlavə edib ki,  bu prosesdə dialoq əvəz oluna bilməz.

Akqabay