Murad yola təkər atanları tənqid etdi: “Həzz aldığı məşğuliyyətə bax”
    • 4-10-2023, 11:13
    • 414

Murad yola təkər atanları tənqid etdi: “Həzz aldığı məşğuliyyətə bax”

Bəstəkar-müğənni Murad Arif naməlum şəxslərin Sədərək Ticarət Mərkəzi yaxınlığında təpədən magistral yola təkər atmasını tənqid edib.

News24.az xəbər verir ki, müğənni  həmin şəxslərin sürücülərin həyatı üçün ciddi təhlükə yaratdığını bildirib: 

“Baxın... Səsləri də sınıb, bığları, saqqalları da var bəlkə. Zırramaların kayf tutduğu məşğuliyyətə bax! Ondansa, gedim dil öyrənim, təhsil alım, sənət, peşə öyrənim, səhərdən axşama zəhmət çəkim, evə çörək aparım...? Yox, belə yaxşıdır.

Mən ona görə deyirəm ki, bu gün youtube trendlərinə, o musiqi zövqünə əsasən nəticə çıxartmaq çətin deyil. Hansı gözlər tərəzidir bu adamlarla?”

Könül İbrahim