Zaxarova Ermənistan hakimiyyətini TƏNQİD ETDİ
    • 4-10-2023, 11:26
    • 170

Zaxarova Ermənistan hakimiyyətini TƏNQİD ETDİ

“Ermənistanda qərarların qəbulu prosesində ictimai rəy nəzərə alınmır”.

News24.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sputnik radiosuna açıqlamasında deyib.

“Təkcə bu gün deyil, həm də xalqın tarixi kontekstində ümummilli əhəmiyyət kəsb edən qərarlar qəbul edilir. Onlar (hakimiyyət) bu qərarları ictimai rəyə arxalanmadan, referendumun nəticələrinə güvənmədən qəbul edirlər”, - deyə Zaxarova Ermənistandakı vəziyyətlə bağlı danışıb.

 Onun fikrincə, Ermənistandakı hakimiyyət nümayəndələrinin yekun hərəkətləri seçkidən əvvəl verdikləri vədlərlə ziddiyyət təşkil edir.

Akqabay