Moskvada ilk dəfə sualtı toy mərasimləri keçirilib
    • Bu gün, 19:20
    • 247

Moskvada ilk dəfə sualtı toy mərasimləri keçirilib

Rusiyanın paytaxtı Moskvada "Moskvarium"un əsas dəniz akvariumunda iki cütlüyün üzük dəyişdirdiyi ilk sualtı toy mərasimləri baş tutub.

News24.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Moskva Mülki Qeydiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, sualtı mərasim bütün klassik elementlərdən ibarət olub: yeni evlənənlər Mendelson marşı altında aparıcının yanına üzüb, aparıcı onlardan evlənməyə hazır olduqlarını soruşub. Aparıcı və cütlüklər "Mərasimə xoş gəlmisiniz!", "Ər və arvad olmağa razısınızmı?", "Üzükləri dəyişdirin!", "Sizi ər və arvad elan edirəm!" sözləri yazılmış xüsusi lövhələrdən istifadə edərək su altında ünsiyyət qurublar.