-
- Bu gün, 18:46
- 416
Bu qan qrupuna sahib insanlar xəstələnmir
Araşdırmalar 0 qan qrupuna sahib olan şəxslərin immunitet sisteminin daha güclü olduğunu və infeksiyalara qarşı daha təsirli mübarizə apara biləcəyini göstərir.
News24.az milli.az-a istinadən xəbər verir ki, 0 qan qrupunun peyvəndlərə daha müsbət reaksiya göstərdiyi və bəzi xəstəliklərə tutulma riskinin daha aşağı olduğu müşahidə edilib.
Tədqiqatlar bu qan qrupuna malik şəxslərin mikrofloranın da daha sağlam olduğunu və bunun immunitet sisteminə müsbət təsir göstərdiyini qeyd edir. Mikroflora bədəndəki bakteriya və mikroorqanizmlərin kollektivini ifadə edir və sağlam immunitet sisteminin qurulmasında mühüm rol oynayır.
O qan qrupunun digər üstünlükləri arasında, bu şəxslərin ürək xəstəlikləri və digər bəzi infeksiyalara tutulma riskinin də daha aşağı olduğu vurğulanır. Yəni, O qan qrupuna sahib olmaq yalnız qısa müddətli müdafiə təmin etmir, həm də uzunmüddətlidir.
Qeyd edək ki, hər nə qədər qan qrupunun təbii üstünlükləri olsa da, sağlam qalmaq üçün düzgün qidalanma, fiziki fəaliyyət və müntəzəm həkim müayinələri də vacibdir.