-
- Bu gün, 19:00
- 80
İşlənmiş "Volvo S80" sedanında ciddi çatışmazlıqlar nələrdir?
Rusiyanın "Za Rulyom" jurnalının avtomobil eksperti Aleksandr Vinoqradov bir milyon rubla (təxminən 17 min manat) satılan İsveç istehsalı "Volvo S80" sedanının çatışmazlıqları haqqında danışıb.
Mütəxəssisin sözlərinə görə, avtomobilin kapotunun altında, çox güman ki, 2.5 litr həcmində beşsilindrli turbomotor olacaq. Lakin bu mühərrikin zəif nöqtəsi fazanın tənzimləmə sistemidir. Belə ki, 200 min kilometrdən sonra sistemin təmirə ehtiyacı yarana bilər. Bununla yanaşı, 3.2 litr həcmində altısilindrli benzin mühərriki olan versiyadan uzaq durmaq tövsiyə edilir.
"Aisin TF-80" altıpilləli avtomatik ötürmə qutusu isə hər 60 min kilometrdən bir yağ dəyişdirilməsini tələb edir. Bundan əlavə, tez-tez valın başlıqlarının yeyilməsi və hidroblokun təmiri kimi problemlər ortaya çıxır.//oxu.az