Bu qida müəssisələrində nöqsanlar AŞKARLANDI
    • 5-10-2023, 19:45
    • 183

Bu qida müəssisələrində nöqsanlar AŞKARLANDI

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları oktyabrın 3-4-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 17 ticarət müəssisəsi və 8 ictimai iaşə müəssisəsində monitorinqlər keçirib. İstehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyan monitorinqlər zamanı 7 müəssisədə nöqsanlar müəyyən olunub.

News24.az  xəbər verir ki, Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 5, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 3, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 2, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr haqqında https://afsa.gov.az/ vasitəsilə məlumat almaq mümkündür.