-
- 6-10-2023, 08:18
- 205
Baza Rusiyanın təxribatıdır - Gürcüstan XİN
Gürcüstan Rusiyanın Abxaziya bölgəsində hərbi dəniz bazası yaratmağı planlaşdırması ilə bağlı xəbərləri pisləyib.
News24.az Axar.az-a istinadən xəbər verir ki, bununla bağlı ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Bu cür hərəkətlər Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün kobud şəkildə pozulması və Abxaziya və Sxinvali bölgəsinin qanunsuz işğalını qanuniləşdirmək üçün növbəti təxribat cəhdidir”, - deyə XİN-in bəyanatında bildirilib.
XİN Rusiyanı 12 avqust 2008-ci il tarixli razılaşmaya əsasən beynəlxalq öhdəliklərinə hörmət etməyə və Gürcüstanın beynəlxalq səviyyədə tanınmış regionlarının işğalına son qoymağa çağırıb.
Qeyd edək ki, qondarma “abxaziya respublikası”nın “prezidenti” Aslan Bjaniya açıqlamasında Oçamçira buxtasında Rusiyanın Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün daimi baza yaradılacağını bəyan edib.