Minaya düşüb həlak olan adamla bağlı YENİ XƏBƏR
    • 6-10-2023, 18:05
    • 279

Minaya düşüb həlak olan adamla bağlı YENİ XƏBƏR

Xəbər verdiyimiz kimi, bu gün Tərtər rayon sakini minaya düşərək həyatını itirib.

News24.az-ın əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev bir neçə dəfə azad olunmuş ərazilərə icazəsiz daxil olmağa cəhd edib və bununla bağlı ona rəsmi xəbərdarlıqlar da edilib. Lakin buna baxmayaraq o ərazilərə dəfələrlə daxil olmağa cəhd edib. 

O, hətta bu ilin martın 3-də saat 13:00-da Tərtərin Çaylı kəndi ərazisindəki Gendərə deyilən yerdə minaya düşmüş və sol ayağı da amputasiya edilmişdi.