Minaya düşərək həlak olan Tərtər sakini 17 gün əvvəl BUNLARI DEMİŞDİ
    • 6-10-2023, 18:20
    • 444

Minaya düşərək həlak olan Tərtər sakini 17 gün əvvəl BUNLARI DEMİŞDİ

Xəbər verdiyimiz kimi, Tərtər sakini minaya düşərək həlak olub.

News24.az xəbər verir ki, oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub.

Minadan zərərçəkmiş şəxs qismində Trend-ə açıqlama verən Yaquar Hadıyev bildirmişdi ki, 2023-cü il martın 9-da Tərtər rayonunun Çaylı kəndi ərazisində piyada əleyhinə minanın partlayışı nəticəsində sol ayağı amputasiya edilib.

"Ermənilərin əsl xislətlərini göstərən faktlardan biri də ərazilərimizi minalamasıdır. Mina terroru azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasında başlıca əngəldir. Torpaqlar azad ediləndən sonra çox vətəndaşımız minaya düşüb. Mən öz təcrübəmdən çıxış edərək bildirirəm ki, insanlarımız məsuliyyətli davranmağa, icazəsiz səfərlərdən çəkinməyə, təhlükəli və şübhəli ərazilərə daxil olmamağa, rastlaşdıqları naməlum əşyalara toxunmasınlar. Düşmənimiz çox təhlükəlidir. Hər yerdə mina olması təhlükəsi var",- deyə o, qeyd etmişdi.

Xatırladaq ki, Yaquar Hadıyev cari ilin sentyabrın 19-da minadan zərərçəkmiş şəxs qismində Trend-in suallarını cavablayıb.