Ağstafada itkin düşən azyaşlı meşədə sağ tapıldı - VİDEO
    • 7-10-2023, 10:05
    • 190

Ağstafada itkin düşən azyaşlı meşədə sağ tapıldı - VİDEO

Ağstafada itkin düşən azyaşlı meşədə tapılıb.

FHN Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə,  oktyabrın 6-sı axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağstafa rayonunun Göycəli kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə 2020-ci il təvəllüdlü uşağın itkin düşməsi barədə məlumat daxil olub. 

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən xüsusi təlim keçmiş it cəlb olunmaqla axtarış-xilasetmə işlərinə başlanılıb. 

Fasiləsiz olaraq həyata keçirilmiş axtarış tədbirləri nəticəsində xilasedicilər tərəfindən azyaşlı səhər saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.