-
- 7-10-2023, 13:44
- 334
Rus məmur avtomobildə olarkən PARTLADILDI
Ukraynanın Rusiya tərəfindən işğalı altında olan Xerson vilayətinin Novakakovka bölgəsində Vahid Rusiya Partiyasının baş katibi Vladimir Malova bombalı hücum təşkil edilib.
News24.az xəbər verir ki, bu barədə Xersonun Rusiya Federasiya Şurasının üzvü İqor Kastukeviç Telegram kanalında açıqlama verib.
O, açıqlamasında Birləşmiş Malovun avtomobilinin partladıldığını, Malovun isə ağır yaralandığını bildirib.
"Bu gün saat 09:30 radələrində Novokahovkada "Vahid Rusiya" Partiyasının baş katibi, 1957-ci il təvəllüdlü Vladimir Malovun avtomobili partladılıb. Ağır xəsarət alan Malov xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı araşdırmalar davam edir".
Kastukeviç açıqlamasında bunu terror aktı olduğunu bildirib.
Aynurə