Putin Ukraynaya gedib - RƏSMİ
    • 21-12-2022, 00:30
    • 161

Putin Ukraynaya gedib - RƏSMİ

Prezidentin mətbuat katibi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Ukraynada hərbi əməliyyat keçirilən ərazidə olduğunu və oradakı qoşunların komandirləri ilə danışdığını təsdiqləyib. 

Peskov bu barədə “Rossiyskaya qazeta”ya açıqlama verib.

Bu barədə daha əvvəl Dövlət Dumasının deputatı Andrey Qurulev özünün “Telegram” kanalında məlumat verib.

Xatırladaq ki, bundan əvvəl Vladimir Putinin xüsusi hərbi əməliyyatda iştirak edən qoşunların Birləşmiş Qərargahına baş çəkdiyi bildirilirdi. Orada Rusiya prezidenti qərargahın işi ilə tanış olub, komandirlərlə ayrı-ayrılıqda görüşlər keçirib, onların məruzələrini dinləyib. /Lent.az/