İsrailin keçmiş baş naziri də səfərbərliyə qatıldı
    • 7-10-2023, 19:20
    • 376

İsrailin keçmiş baş naziri də səfərbərliyə qatıldı

İsrailin keçmiş baş naziri Naftali Bennet ehtiyatda olanlar siyahısına əlavə edilib.

News24.az xəbər verir ki, bu barədə yerli "Walla" nəşri məlumat yayıb.

Mövcud məlumatlara görə, keçmiş baş nazir hazırkı hökumət başçısı Benyamin Netenyahunun Qəzzada elan etdiyi əməliyyat fonunda səfərbərlik ehtiyatına daxil edilib. Bennett İsrail Müdafiə Qüvvələrinin toplaşma məntəqəsində ehtiyatda olan əsgər kimi xidmətə cəlb edilib.

Xatırladaq ki, Naftali Bennett 2021-ci ilin iyunundan 2022-ci ilin iyuluna qədər İsrailin baş naziri vəzifəsində çalışıb. 2019-2020-ci illərdə isə o, Yəhudi Dövlətinin Müdafiə Naziri olub.

Qumral