"Gülümsəyin, cənablar" - Bu şəxs AzTV-də yeni baş redaktor oldu
    • 21-03-2019, 18:39
    • 2 256

"Gülümsəyin, cənablar" - Bu şəxs AzTV-də yeni baş redaktor oldu

AzTV-nin sədri Rövşən Məmmədli kanalda kadr islahatlarını davam etdirir. 

News24.az
xəbər verir ki, R.Məmmədli bu dəfə illərdir AzTV-də çalışmış tanınmış yazıçı-jurnalist Azər Qisməti "Ədəbi-dram verilişləri" baş redaksiyasının baş redaktoru vəzifəsinə təyin edib.
   
Xatırladaq ki, Azər Qismətdən əvvəl həmin vəzifədə Sadıq Elcanlı olub. S.Elcanlı isə "Telefilm" yaradıcılıq birliyinə baş redaktor təyin edilib. 

Tamaşaçılar Azər Qisməti daha çox keçmiş ANS kanalında aparıcısı olduğu "İç xəbər" proqramında hər dəfə sağollaşarkən işlətdiyi "Gülümsəyin, cənablar" ifadəsindən xatırlayır.

Azər NƏSİBOV