Siyəzəndə iki avtomobil toqquşub, ölən var
    • 9-10-2023, 11:16
    • 200

Siyəzəndə iki avtomobil toqquşub, ölən var

Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində iki avtomobil toqquşub, ölən var.

News24.az xəbər verir ki,  "VAZ-2106" markalı minik avtomobili "Opel" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində 1959-cu il təvəllüdlü Əliyoldaş Həmid oğlu Quliyev hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.

Hadisənin təfərrüatı araşdırılır.