"Tezliklə Avropada partlayış.." - Ekspert ABŞ-ın planını AÇIQLADI
    • 9-10-2023, 14:45
    • 192

"Tezliklə Avropada partlayış.." - Ekspert ABŞ-ın planını AÇIQLADI

“ABŞ tezliklə Avropadakı vəziyyəti “partladacaq”. Amerika Birləşmiş Ştatlarının rəhbərliyi həqiqətən də Avropa İttifaqındakı sosial-iqtisadi vəziyyəti “sarsıtmaq” istəyir”.

News24.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Mixail Xazin bildirib.

Onun fikrincə, ABŞ-ın indiki siyasi rəhbərliyi Qərb dünyasının lideri adı uğrunda Avropanı əsas rəqib kimi sıradan çıxarmalıdır. 

“Amerika, öz ekosistemində “özünü bağlamaq” istəyir. Bu layihənin uğurla işləməsi üçün onun inkişaf etmiş rəqibləri olmamalıdır. Bu gün, bunlar sənayeləşmiş Avropa və Çindir. Çinlə qarşıdurmaya keçmək üçün ABŞ ilk növbədə Aİ-dən qurtulmalıdır. Məhz bu məqsədlə amerikalılar britaniyalılarla birlikdə Avropada görünməmiş miqyasda böhrana səbəb olacaq sosial və iqtisadi “partlayış” təşkil etmək üçün çox yaxında aktiv addımlar atacaqlar”.

Ayşən