Müharibə qlobal arenaya keçə bilər - Dövlət Bağçalıdan SENSASİON AÇIQLAMA
    • 10-10-2023, 13:04
    • 130

Müharibə qlobal arenaya keçə bilər - Dövlət Bağçalıdan SENSASİON AÇIQLAMA

MHP sədri Dövlət Baxçalı  Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış edib.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb. Onun sözlərinə görə, Fələstin bir əsrdir ki, fəlakətlərin məngənəsindədir. 

"Ədalətli və davamlı sülhün zəminini təmin etmək üçün qərar verilmədikcə, İsrail-Fələstin məsələsində irəliləyiş əldə olunmayacaq. İsrail illərdir fələstinli qardaşlarımızı sıxışdırıb və dünyanın gözü qarşısında bəşəriyyətə qarşı tərifi mümkün olmayan cinayətlər törədib”. 

Bağçalı bildirib ki, BMT-nin qətnamələrinə məhəl qoyulmayıb:

“Fələstin və İsrail arasında münaqişələrin qlobal arenaya keçə biləcəyi ehtimalı nəzərə alınmaqla sülh danışıqlarına başlanmalıdır”.

Hökumətin konstruktiv, balanslı və məsuliyyətli mövqeyinin təqdirəlayiq olduğunu qeyd edən Bağçalı bildirib ki, Prezident Ərdoğanın atdığı addımlar dəstəklənməli və qəbul edilməlidir.

Ülkər ABDURAHMANLI