Xoşbəxt Abdullayev işdən ayrılmasından DANIŞDI:
    • 12-10-2023, 16:03
    • 534

Xoşbəxt Abdullayev işdən ayrılmasından DANIŞDI: "İşdə buraxdığım qüsurlara görə..."

Bugün bir sıra media orqanlarında yayılan məlumata görə, Xalq artisti, “Şöhrət” ordenli mərhum Ağaxan Abdullayevin oğlu Xoşbəxt Abdullayev Dövlət Gömrük Komitəsindəki (DGK) vəzifəsindən kənarlaşdırılıb.

Xoşbəxt Abdullayev bu xəbərlə bağlı News24.az-a özəl açıqlama verib.

O açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Pensiya yaşım çatdığına görə pensiyaya çıxmışam. İşdə buraxdığım qüsurlara görə töhmət aldığım informasiyası tamamilə yalnışdır. İşdən öz istəyim və öz ərizəmlə ayrılmışam. İşdən çıxarıldığım xəbərlərini görəndə gülməyim gəldi. Pensiyaya hər kəs çıxır və buna görə işdən çıxmağımda qeyri-adi heçnə yoxdur”-deyə, o fikirlərini sonlandırıb.

Qeyd edək ki, Xoşbəxt Abdullayev 90-cı illərdə müğənni kimi tanınıb. Həmin dövrdə bir neçə məşhur mahnıların müəllifi olub. Sonradan səhnədən uzaqlaşaraq, gömrük sistemində işə başlayıb.

Ülkər ABDURAHMANLI