Sanitar qaydalara əməl etməyən ət satışı məntəqələri AŞKARLANDI - FOTO
    • 12-10-2023, 20:08
    • 180

Sanitar qaydalara əməl etməyən ət satışı məntəqələri AŞKARLANDI - FOTO

Daxil olan vətəndaş müraciətinə əsasən, Ağcabədi rayonunun N.Abdullayev küçəsində yerləşən, fiziki şəxs Hüseynov Bəxtiyar Eldar oğluna və rayonun Ü.Hacıbəyli küçəsində yerləşən, fiziki şəxs Xasıyev Elçin Əlizamin oğluna məxsus ət satışı məntəqələrində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

News24.az  AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Baxış zamanı məntəqələrin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qida məhsulları üzrə gigiyena qaydalarına əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib.

Faktlarla bağlı sahibkarlar barəsində inzibati protokol tərtib edilib, qanunvericiliyin tələblərinə uyğun olaraq məntəqələrin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Agentlik qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən çəkinməyə çağırır.