Əgər ərazilər anklavdırsa, Azərbaycana qaytarılmalıdır - Vahram Atanesyan
    • 12-10-2023, 23:12
    • 384

Əgər ərazilər anklavdırsa, Azərbaycana qaytarılmalıdır - Vahram Atanesyan

“Baş nazirin “3+3” üzrə müzakirələrə hazır olduğunu bildirməsi vacibdir”.

News24.az Ordu.az-a istinadən xəbər verir ki, bunu erməni siyasi xadim Vahram Atanesyan deyib.

Atanesyanın sözlərinə görə, “3+3” Ermənistanı təlatümlü vəziyyətdən çıxarmaq üçün optimal format ola bilər.

“Düşünürəm ki, Brüssel görüşü baş tutmayacaq. İlham Əliyev getməyəcək. Fransa bu üç ölkədən hansına müharibə elan edəcək? İstənilən ölkə regiona müharibə yolu ilə daxil olur. Yeni müharibə, yeni status-kvo 10 noyabr üçtərəfli bəyanatına alternativ ola bilər”, - deyə o qeyd edib.

Atanesyan hesab edir ki, əgər ərazilər anklavdırsa, Azərbaycana qaytarılmalıdır.

“Problem nədir ki, biz Ermənistanı bunun üçün sınağa çəkirik? Biz Mehri dəmir yolunun istifadəyə verilməsini milli faciəyə çevirdik. Qarabağda olduğu kimi, əsl “faciə” ilə bitən “faciələr” yaratmamalıyıq. Əgər anklavdırsa, geri qaytarılmalıdır. 40-50 kvadrat kilometrlik ərazi üçün biz Ermənistanı sınağa çəkirik”, - deyə o əlavə edib.