-
- 13-10-2023, 11:14
- 178
“Müharibə “Həmas”ın məhv edilməsi ilə bitə bilər” - SENSASİON AÇIQLAMA
İsrailin baş naziri Benyamin Netanyahu fövqəladə hökumətə etimad səsverməsindən əvvəl parlamentdə çıxış edərək, bu müharibənin ancaq HƏMAS-ın məhv edilməsi ilə başa çata biləcəyini bildirib.
News24.az xəbər verir ki, bu barədə "Sondakika.com" məlumat yayıb.
İsrail baş nazirinin sözlərinə görə, bu müharibə yalnız “Həmas”ın məhv edilməsi ilə bitə bilər. O, həmçinin qeyd edib ki, 7 oktyabr israililərin tarixində qara gün və yəhudi xalqının yaşadığı ən pis gün olaraq qalacaq.
Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları zamanı Qəzzada 1417 nəfərin həyatını itirdiyini, 6268 nəfərin isə yaralandığını açıqlayıb.
Ülkər ABDURAHMANLI