İran İsraili yenə HƏDƏLƏDİ:
    • 13-10-2023, 13:26
    • 247

İran İsraili yenə HƏDƏLƏDİ: "Güclü sillə gözləyin"

İslam Respublikasının informasiya naziri İsmayıl Xətib HƏMAS-nin İsrailə hücumlarını “İslam dünyasının böyük qələbələrindən biri” adlandırıb.

News24.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

O bildirib ki, israillilər Fələstin xalqına qarşı hər hansı cinayət törətsələr, onlar daha sərt cavab, reaksiya və şillə görəcəklər.

Qeyd edək ki, nazir bu sözləri Ərdəbil vilayətinin Təhlükəsizlik Şurasının iclasında deyib. 

Aynurə