Alyans tarixində ilk: Türkiyənin tələbini yerinə YETİRDİ
    • 13-10-2023, 18:35
    • 235

Alyans tarixində ilk: Türkiyənin tələbini yerinə YETİRDİ

NATO baş katibi Yens Stoltenberq Türkiyənin tələbi ilə müavini general Tom Qofusu alyans tarixində ilk terrorla mübarizə üzrə xüsusi koordinatoru təyin edib.

News24.az xəbər verir ki, bu barədə Stoltenberq terrorun birbaşa alyansa yönələn asimmetrik təhdidlərdən biri olaraq qaldığını bildirib.

O vurğulayıb ki, NATO baş katibinin müavini Tom Qofusu terrorla mübarizə üzrə xüsusi koordinator vəzifəsinə təyin edib.

“Tom Qofus NATO-nun terrora qarşı cavabının güclü, effektiv və ardıcıl olmasını təmin edəcək”, - Stoltenberq deyib.

2022-ci ilin iyulunda Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO sammitində alyansın baş Katibinin terrorla mübarizə üzrə xüsusi koordinatoru postunun yaradılacağı açıqlanıb.

Stoltenberq Vilnüs sammitdəki çıxışında deyib:

“Terrorla mübarizə üzrə xüsusi koordinator terrorla mübarizə səylərimizi gücləndirəcək. Bu, Türkiyənin istəyi idi”.

Ayşən