Bakıda evakuator ağır qəza törətdi - Ölən var
    • 14-10-2023, 11:18
    • 443

Bakıda evakuator ağır qəza törətdi - Ölən var

Ötən gecə Bakı şəhər Sabunçu rayonu ərazisində ağır yol qəzası baş verib.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, 34 yaşlı Fərid Hüseynov "İsuzu" markalı evakuatorla Zabrat qəsəbəsi Babək küçəsində hərəkətdə olarkən yolu keçən qadını vurub. Ağır xəsarət alan piyada vəfat edib.

İlkin araşdırmalardan sonra ölən piyadanın 76 yaşlı Solmaz Qocayeva olması müəyyənləşib.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanılıb, araşdırma aparılır.