Sumqayıt bu gün qismən işıqsız olacaq
    • 25-03-2019, 14:38
    • 632

Sumqayıt bu gün qismən işıqsız olacaq

Bu gün Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə News24.az-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.T.Mustafayevin sözlərinə görə, fasiləyə səbəb Sumqayıt Dəmiryolu İdarəsinin çəkilişini başladığı tuneldir: "Hər şey qaydasındadır. Sadəcə olaraq, tuneldə aparılan tikinti işləri ilə əlaqəli, təhlükəsizliyi təmin etmək məqsədi ilə işığın verilməsində fasilələr yaranacaq. İşıq yarım saat fasilələrlə veriləcək".