Ata 6 yaşlı qızını vəhşicəsinə qətlə yetirdi
    • 15-10-2023, 14:05
    • 294

Ata 6 yaşlı qızını vəhşicəsinə qətlə yetirdi

İranın Zəncan əyalətinin Hidəc şəhərində yaşayan 32 yaşlı kişi 6 yaşlı Ava Yarqalı adlı qızının başını bıçaqla kəsərək vəhşicəsinə qətlə yetirib.

News24.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Məlumata görə, qatil ata uşağını öldürdükdən bir saat sonra polisə zəng edərək cinayət əməlini etiraf edib. 

Polis tərəfindən dindirilmə zamanı qatilin narkotik vasitələrin təsiri altında olduğu məlum olub. 

Qeyd edək ki, azyaşlının anası bir müddət öncə ərinin narkotik aludəçiliyi səbəbindən ondan boşanıb. Onun uşağının qəyyumluğunu almaq səylərinə baxmayaraq, İran hökumətinin məhkəmə sistemi atanın yaxşı ailədən və maddi cəhətdən imkanlı olmasına görə azyaşlını anasına verməyə razı olmayıb. 

Leyla SƏMƏNDƏR