Tanınmış kanal bağlanır - SƏBƏBİ
    • 16-10-2023, 11:28
    • 276

Tanınmış kanal bağlanır - SƏBƏBİ

İsrail kəşfiyyatı "Mossad" Əl-Cəzirənin İsraildəki bürosunun bağlanması təklifini dəstəkləyib.

News24.az xəbər verir ki, bu barədə “Kan” radiostansiyası məlumat yayıb.

Onun sözlərinə görə, bu fikir oktyabrın 15-də Rabitə Nazirliyinin rəhbəri tərəfindən irəli sürülüb.

Kanalın bürosunun təhrik və fəaliyyətinin hərbçilər üçün riski səbəbi yaratdığı qeyd olunub.

Bu kanalın bağlanması Müdafiə Nazirliyi və Baş Qərargah tərəfindən dəstəklənib. 

Qeyd edək ki, İsrail Baş Təhlükəsizlik Xidməti daha təmkinli mövqe tutur, lakin kanalın bürosunun bağlanmasına etiraz etmir.

Ülkər ABDURAHMANLI