İranın növbəti “qırmızı xətt” xəbərdarlığı: -
    • 16-10-2023, 15:31
    • 342

İranın növbəti “qırmızı xətt” xəbərdarlığı: - "cəbhələr açılacaq"

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbərinin birinci müavini İbrahim Əzizi deyib ki, İsrailin Qəzza zolağında quru əməliyyatı Tehran üçün qırmızı xəttdir. 

News24.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Hadisələrin bu cür inkişafı İsrailin gücünün və dövlətçiliyinin süqutuna səbəb olacaq yeni cəbhələrin açılması ilə doludur.İsrail Qəzzanın işğalının qırmızı xətt olduğunu, Fələstinin İsraildən bu kobud səhvi gözlədiyini dərk etməlidir. İsrail rejimi belə bir addım atsa və Qəzza zolağına raket hücumlarını dayandırmasa, ona qarşı yeni hərbi əməliyyatlar cəbhəsinin yaranmasına qədər gözləməli olacaq”.

Qeyd edək ki, bu, İranın Qəzzada quru əəməliyyatı keçirməyin yolverilməzliyi ilə bağlı İsrailə ilk xəbərdarlığı deyil

Bundan əvvəl Tehran BMT-nin Xüsusi Koordinatoru vasitəsilə Təl-Əvivə müdaxilə edəcəyi təqdirdə İranın müdaxilə etmək niyyəti barədə xəbərdarlıq göndərmişdi.İranın BMT-dəki Daimi Nümayəndəliyi açıq şəkildə İsraili müharibə cinayətlərində ittiham edib və bunun mümkün nəticələri barədə xəbərdarlıq edib. İsrailin daimi nümayəndəsi isə öz növbəsində İran tərəfi ilə təmaslar üzrə BMT koordinatoru ilə əlaqələrini kəsib.

 Ayşən