Beynəlxalq Qızıl Xaç Komitəsi jurnalistlər üçün brifinq KEÇİRDİ
    • 17-10-2023, 10:22
    • 178

Beynəlxalq Qızıl Xaç Komitəsi jurnalistlər üçün brifinq KEÇİRDİ

Beynəlxalq Qızıl Xaç Komitəsi jurnalistlər üçün brifinq keçirib.

News24.az-ın məlumatına görə, jurnalistlərin maarifləndirilməsi məqsədilə təşkil olunan tədbirdə qurumun Bakı nümayəndəliyinin rəhbəri İlahə Hüseynova təşkilatın fəaliyyət prinsipləri barədə məlumat verib. 

Bildirib ki, qurumun əsas iş istiqaməti münaqişədən əziyyət çəkən ölkələrdə mülki vətəndaşlara humanitar dəstəyin göstərilməsi, müharibə nəticəsində əsir götürülənlərlə ailələri arasında əlaqənin yaradılması və digər humanitar məsələlərin həllindən ibarətdir.

O həmçinin deyib ki, ictimaiyyətdə təmsil etdiyi təşkilatın fəaliyyəti ilə bağlı yanlış fikir formalaşıb. 

İ. Hüseynova vaxtilə BQXK-ya məxsus avtomobillərdə Qarabağda qarşı tərəfə qadağan olunmuş yüklərin daşındığı barədə ittihamlara aydınlıq gətirib:

"BQXK dünyanın istənilən yerində "A" nöqtəsindən "B" nöqtəsinə gedəndə bu, yerli hakimiyyət orqanları ilə razılaşdırılır. Bu razılıq yoxdursa, avtomobil hərəkət etmir. Eyni zamanda hakimiyyət qurumlarına avtomobilin markası, onu idarə edən sürücünün şəxsi məlumatları barədə informasiya təqdim olunur. BQXK-nın yük avtomobillərindən bəhs olunursa, onlara yerləşdirilən yüklər möhürlənir. Digər tərəfdən yerli hüquq-mühafizə orqanlarının həmin yükü təftiş etmək hüququ var. Bizim qurumun avtomobillərini istənilən səlahiyyətli qurumun yoxlamaq hüququ var".

Fərid Azəri