-
- 17-10-2023, 12:09
- 213
"Livan İsrailə hücuma keçə bilər"- AÇIQLAMA
Günlərdir Qəzzaya bombalar yağdıran İsrailin hücumları davam edərkən, İrandan diqqətçəkən açıqlama gəlib. İranın xarici işlər naziri Abdullahian bəyan edib ki, Livan Hizbullahı yaxın saatlarda İsrailə qarşı hərəkətə keçə bilər.
News24.az xəbər verir ki, bu barədə "Sondakika.com" məlumat yayıb.
İranın xarici işlər naziri Abdullahiyan dövlət televiziyasında canlı yayımlanan xüsusi müsahibəsində Fələstin qrupları ilə İsrail arasındakı qarşıdurmanı dəyərləndirib:
"Yaxın saatlarda müqavimət cəbhəsi tərəfindən hər hansı qabaqlayıcı zərbə ehtimalı gözlənilə bilər."
Qeyd edək ki, Qəzza zolağına hücumları səbəbilə bölgədə vəziyyət gərginləşməkdə davam edir.
Ülkər ABDURAHMANLI