"Bu,İsrailin məhvinin başlanğıcıdır" - İRANLI GENERAL
    • 17-10-2023, 13:03
    • 153

"Bu,İsrailin məhvinin başlanğıcıdır" - İRANLI GENERAL

İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı, general-mayor Hüseyn Səlami Qəzza zolağında davam edən müharibəni “sionist rejimin süqutunun ilkin mərhələsi” adlandırıb.

News24.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

“HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı başlatdığı Əl-Əqsa tufanı əməliyyatı düşmənin strategiyasını “siyasi və təhlükəsizlik zəlzələsinə” məruz qoyub.İsrailin Qəzzada başlatdığı növbəti müharibə saxta sionist rejimin qaçılmaz süqutunun ilk mərhələsidir”,- o deyib.

İran generalı bildirib ki, “Əqsa tufanı” əməliyyatı coğrafi baxımdan taktiki aspektə malik olsa da, onun təsir dairəsi qlobaldır.

General əlavə edib: "Hər kəs anlayır ki, bu gün sionist rejim məğlub və alçaldılıb və HƏMAS təkbaşına və heç bir qüvvənin dəstəyi olmadan onlara (israillilərə) böyük məğlubiyyət verib".

Ayşən