Kəmaləddin Heydərovdan "Diqlas"da baş verən yanğınla bağlı - AÇIQLAMA - VİDEO
    • 26-03-2019, 11:10
    • 1 935

Kəmaləddin Heydərovdan "Diqlas"da baş verən yanğınla bağlı - AÇIQLAMA - VİDEO

Fövqəlada Hallar naziri Kəmaləddin Heydərov paytaxtda yerləşən "Diqlas" ticarət mərkəzində baş verən yanğın yerinə gəlib.

News24.az
xəbər verir ki, nazir yanğınla bağlı olaraq "Çağırış 3" komandası verildiyini açıqlayıb:
"Hadisə yerinə iki helikopter cəlb olunub. Amma biri də yenidən cəlb olunacaq. Binanın bütün çöl fəsadı alkopondandır. Bunlar da tez yanan maddələrdir. İcəridə bizim əməkdaşlar maskalarlıa işləyirlər. Çöldəndə söndürülür. Bu, ciddi bir yanğındır. Yaxşı ki yanğının binanın ətrafına keçməsinin ilk dəqiqlərdə qarşısı alınıb. Çünki elə bir şey olsaydı, onun qarşını almaq çox çətin olacaqdı. Amma indi açıq alovlar məhdudlaşdırılıb. Əsas məsələ odur ki, içəridə insanların malları var. Hər bir malın sahibi öz malını sığortamalı idi. Sığortalanmadığı üçün dövlət tərəfindən kompensasiya verilməsi qanunla düzgün deyil. Çünki bura özəl obyektdir. Amma hər mal sahibi öz dükanını sığortalamalıdır. Bu bundan sonrakı prosesdir. Ona mən qərar vermirəm. Bizim əsas işimiz bu saat yanğını söndürmək və sağ qalan malları oradan çıxartmaqdır".

Sevinc YASİNQIZI