-
- 17-10-2023, 13:20
- 213
Türkiyə Qəzzaya sülhməramlı qüvvə göndərir? - FİDAN AÇIQLADI
“Vacib olan bu böhranı bir fürsət kimi qəbul etmək və ikidövlətli həll prosesini həyata keçirmək üçün addımlar atmaqdır. Məqsəd regiona daimi sülh gətirməkdir”.
News24.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
O, bu barədə Türkiyənin Qəzzaya sülhməramlı qüvvə göndərib-göndərməyəcəyi ilə bağlı suala cavab verərkən bildirib.
“Bu təklifdir. Daha yaxşı təkliflər olsa, bunları nəzərdən keçirəcəyik”, - o deyib.
Fidan region ölkələrinin məsuliyyəti öz üzərlərinə götürməli olduğuna diqqət çəkib:“Fələstinlilər arasında bu razılaşmaya zidd hərəkət edənlər varsa, bu ölkələr ortaya mövqe qoymalıdırlar”.
Xarici işlər naziri bəzi ölkələrin Fələstin, bəzilərinin isə İsrail adına qarant statusu alması ilə bağlı sualı cavablandırarkən: “Qarantiya məsələsi ilə bağlı əsas ideyanı, aktual sistematikanı təqdim edirik. Sistematika ayrıca müzakirə olunmalıdır”, - deyə bildirib.
Nazir məsələni İslam Əməkdaşlıq Təşkilatının (İƏT) toplantısında da gündəmə gətirəcəyini söyləyib:
“Zəmanət məsələsini müzakirə etməmişik, amma söhbət etdiyimiz tərəflərə bunu əsas ideya kimi təqdim edirik”.
Ayşən