-
- 17-10-2023, 15:52
- 267
"Müttəfiqlərimiz hökuməti devirmək üçün..." - Paşinyandan ŞOK ETİRAF
“Qarabağdan 100 min erməni köçəndə Ermənistanın təhlükəsizlik sektorundakı müttəfiqləri nəinki bizə kömək etmədilər, əksinə, ölkədə hakimiyyət dəyişikliyi və demokratik hökuməti devirmək üçün açıq çağırışlar etdilər”.
News24.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib.
“Ermənistanda demokratiya eyni ssenari üzrə ciddi zərbələr alıb və almaqda davam edir. Ermənistanın müttəfiqlərinin fəaliyyətsizliyi, daha sonra isə hərbi və ya humanitar vəziyyətdən istifadə edərək ölkədə hakimiyyəti devirmək, demokratiyanı alt-üst etmək cəhdləri gəlir. Bu da xarici qüvvələrin istiqamətləndirdiyi hibrid texnologiyalarla daxili qeyri-sabitliyin qızışdırılması ilə ifadə edilir. Amma xalqımız öz müstəqilliyi, demokratiyası uğrunda birləşdi və dövlətimizə qarşı növbəti sui-qəsd iflasa uğradı”, - Paşinyan bildirib.
Akqabay