-
- 17-10-2023, 16:50
- 667
Hakan Fidandan mühüm açıqlama - "ARTIQ VAXTI ÇATIB"
Beynəlxalq ictimaiyyətin 1967-ci il sərhədləri olan, paytaxtı Qüds olan iki dövlət prinsipinə əsaslanan müstəqil Fələstin dövlətinin yaradılması istiqamətində ciddi addımlar atmasının vaxtı çatıb.
News24.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri livanlı həmkarı Abdullah Buhabiblə Beyrutda keçirdiyi birgə mətbuat konfransında bildirib.
“Uzun illərdir ki, hegemon dövlətlər Fələstin probleminin əsl mahiyyətini bizə unutdurmaq üçün medianın təsirindən istifadə ediblər, artıq buna son qoymağın vaxtı çatıb”, - Türkiyə diplomatiyasının rəhbəri bildirib.
Onun sözlərinə görə, İsrail-Fələstin münaqişəsi daha böyük müharibəyə çevrilə bilər, eyni zamanda sülh üçün tarixi fürsət yarada bilər.
Fidan vurğulayıb ki, Ankara İsrail-Fələstin münaqişəsi səbəbindən başda Livan, Misir və İordaniya olmaqla region ölkələrində sabitliyin pozulmasının qarşısını almaq üçün hər cür səy göstərir.
Fidan bildirib ki, Ankara girovların azad edilməsi ilə bağlı HƏMAS-ın siyasi qanadı ilə əlaqə saxlayır:
“Hazırda müxtəlif ölkələrdən vətəndaşlarının azad edilməsi ilə bağlı müraciətlər almışıq. Nəticə etibarı ilə biz bu məsələləri xüsusilə HƏMAS-ın siyasi qanadı ilə müzakirə etməyə başladıq. Xüsusilə əcnəbiləri, mülki şəxsləri və uşaqları azad etmək üçün səylərimiz davam edir”.
Qumral